"Beşiktaş"ın futbolçusu Çempionşip klubunun maraq dairəsində

16:39 08-08-2018
"Beşiktaş"ın futbolçusu Çempionşip klubunun maraq dairəsində

İngiltərə Çempionşipində mübarizə aparan “Aston Villa” “Beşiktaş”ın futbolçusu Alvaro Neqredonu transfer etmək istəyir.
Sportmedia.az xəbər verir ki, artıq “şirlər” hücumçunu heyətinə qatmaq üçün çalışmalara başlayıb.
Ötən günlərdə forvard ilə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kardiff Siti”nin də maraqlandığı xəbərləri yayılmışdı.
Xatırladaq ki, 2017-ci ildə “Beşiktaş”a transfer olan Negredo “qara qartallar”ın forması ilə 31 oyuna 7 qol vurub.


.
.
.
0.541020154953