Bakari Sanya MLS klubunda

13:13 09-08-2018
Bakari Sanya MLS klubunda

Amerikan Əsas Furbol Liqasında (MLS) mübarizə aparan “Monreal İmpakt” heyətini Bakari Sanya ilə gücləndirib.
Sportmedia.az xəbər verir ki, MLS təmsilçisi 35 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalayıb.
Karyerasına ölkəsinin “Oser” klubunda başlayan fransalı futbolçu İngiltərənin “Arsenal” və “Mançester Siti” klubları ilə İtaliyanın “Benevento” komandasının da şərəfini qoruyub.
Xatırladaq ki, keçən mövsüm “Benevento”nun heyətində 13 oyunda iştirak edən təcrübəli müdafiəçi 1 qol vurub.


.
.
.