Əliyar Ağayev pley-off mərhələsinin oyununda

15:01 09-08-2018
Əliyar Ağayev pley-off mərhələsinin oyununda

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Sportmedia.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Yaqelloniya” (Polşa) – “Gent” (Belçika) cütünün qalibi ilə “Mariupol” (Ukrayna) – “Bordo” (Fransa) qarşılaşmanın qalibi arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


.
.
.
0.52696108818054