Tibo Kurtua rəsmən “Real”da

15:14 09-08-2018
Tibo Kurtua rəsmən “Real”da

“Real” (Madrid) “Çelsi”dən Tibo Kurtuanı transfer edib.
Sportmedia.az xəbər verir ki, bu haqda “kral klubu” məlumat yayıb.
Bildirilir ki, tibbi müayinədən sonra qolkiperlə 6 illik müqavilə imzalanacaq. İspaniya mətbuatının məlumatına görə, “Real” transfer üçün “zadəganlar”a 35 milyon avro ödəyəcək.
Xatırladaq ki, 26 yaşlı Belçika millisinin üzvü “Çelsi” forması ilə 154 qarşılamada iştirak edib, 58 matçda qapısını toxunulmaz saxlaya bilib və cəmi 152 top buraxıb.


.
.
.
0.4885950088501