Kovaçiçin yeni klubu bəlli oldu

15:30 09-08-2018
Kovaçiçin yeni klubu bəlli oldu

“Real”ın (Madrid) yarımmüdafiəçisi Mateo Kovaçiç icarə əsasında “Çelsi”yə keçib.
Sportmedia.az xəbər verir ki, “zadəganlar”ın formasını geyinən xorvat futbolçu:
“Çelsi”yə gəldiyimə görə çox xoşbəxt və həyəcanlıyam. Möhtəşəm bir hissdi. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəm”.
Xatırladaq ki, 2010-cu ildə “Dinamo”dan (Zaqreb) “İnter”ə keçən futbolçu buradakı uğurlu çıxışından sonra 2015-ci ildə 31 milyon avro qarşılığında “Real” transfer olmuşdu. “Kral klubu”nda əsas heyətə düşməkdə çətinlik çəkən 24 yaşlı oyunçu La Liqada keçirdiyi 3 övsüm ərzində 71 oyuna 1 qol vurub 7 məhsuldar ötürmə edib.


.
.
.
0.44589614868164