Zlatko Daliçlə yola davam

16:11 09-08-2018
Zlatko Daliçlə yola davam

Bu il Rusiyada keçirilən Dünya Çempionatında 2-ci yeri tutaraq tarixində ən böyük uğuruna imza atan Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkənin futbol federasiyasının prezidenti Davor Şuker ilə görüşüb.
Sportmedia.az xəbər verir ki, Xorvatiya Futbol Federaiyası yaşlı mütəxəssislə davam etmə qərarına gəlib.
İclasdan sonra bir çox mövzu ilə müzakirələrin aparıldığını deyən Daliç: “Yeni mücadilələri səbrsizliklə gözləyirəm”.
Davor Şuker isə xoşbəxt olduğunu bildirib: “Zlatko Daliç ilə yeni zəfərlərə doğru gedəcəyimizə görə xoşbəxtəm”.


.
.
.
0.4850480556488