Tibo Kurtua: "Dünyanın ən böyük klubuna gəldim"

16:32 09-08-2018
Tibo Kurtua: "Dünyanın ən böyük klubuna gəldim"

“Real” (Madrid) “Çelsi”dən transfer etdiyi Tibo Kurtua ilə 6 illik müqavilə imzaladı.
Sportmedia.az xəbər verir ki, qolkiperin transferi üçün 35 milyon avro ödəniləcək.
“Kral klubu”nun prezidenti Florentino Peres mətbuat konfransında: “Real” hər zaman heyətində güclü futbolçuları olan bir klubdu. Son 5 mövsümdə 4 Çempionlar Liqası çempionluğumuz var. Bu da klubun anlamını isbatlayır. Tibo, burada olmağı istəyirdin. Dünyanın ən yaxşı qapıçılarından birisən. Bu gün karyeranın ən böyük meydan oxumalarından biri başlayır. “Real” azarkeşlərinin könlünü fəth et. Bu gündən etibarən “Santyaqo Bernabeu” sənin evindi. Dünyanın ən prestijli klubuna xoş gəldin”.
Belçikalı qapıçı: “Xəyallarım reallaşır. Uşaqlığımdan bəri bu stadiona gəlmək və ağ formanı geyinmək istəmişəm. Dünyanın ən böyük klubuna gəldim”.


.
.
.
0.47305417060852