Pro kursu: DÇ-nin oyunları təhlil olunur 

16:42 09-08-2018
Pro kursu: DÇ-nin oyunları təhlil olunur 

Bu gündən etibarən AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun daha bir moduluna start verilib.
Sportmedia.az xəbər verir ki, avqustun 11-dək davam edəcək bu modul 2018-ci ildə Rusiya təşkil olunmuş dünya çempionatında keçirilmiş oyunların təhlilinə həsr ediləcək. Qarşılaşmalarda taktiki planda diqqətçəkən məqamlar və müşahidə olunan yeniliklər müzakirə olunacaq.
UEFA-nın tövsiyəsi ilə təşkil olunmuş, AFFA-nın texniki direktoru Bernhard Lippert, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilən bu modulun yekunları kursda təhsil alan məşqçilərin qiymətləndirilməsinə təsir göstərməyəcək.


.
.
.
0.59555792808533