"Arsenal"ın futbolçusu "Vest Hem"də

16:50 09-08-2018
"Arsenal"ın futbolçusu "Vest Hem"də

“Vest Hem” “Arsenal”dan Lukas Peresi transfer etdi.
Sportmedia.az xəbər verir ki, 29 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatı bildirir ki, “Vest Hem” ispaniyalı hücumçunu 10 milyon avro qarşılığında heyətinə qatıb.
Xatırladaq ki, keçən mövsüm icarə əsasında “Deportivo”da 37 oyunda iştirak edən Peres 9 qol vurub.


.
.
.
0.44340300559998