Materassi: "Zidan çox ağıllı biridi"

17:35 09-08-2018
Materassi: "Zidan çox ağıllı biridi"

İtaliyanın sabiq futbolçusu Marko Materassi AA müxbirinə müsahibə verib.
Sportmedia.az xəbər verir ki, Serbiyanın Zlatibor şəhərində düşərgədə olan Materassi Zinəddin Zidanın uğurlarından, Dünya Çempionatından və digər mövzudan danışıb.
Yaddaşlarda “Zidanın kəllə vurduğu oyunçu” kimi qalan Marko Materassi: “Həmin hadisədən sonra Zidanla təsadüfən bir dəfə qarşılaşdıq. “Real”da gördüyü işlərə görə onu təbrik edirəm. Ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olmaq asan iş deyil. Atmosferi çox gözəl yaradır, oyunçularla empatiya qurur. Bunu sadəcə böyük insanlar edə bilər. Zidan son dərəcə ağıllı biridi. Uğurlarının qarşısında şapqa çıxarıram”.
Materassi Balkan ölkələrindən gələcək hər hansı bir təklifi necə dəyərləndirəcəyi ilə bağlı: “Şübhəsiz, Serbiyanın “Qızılulduz” klubunu çalışdıra bilərəm”.
Dünya Çempionatından əvvəl yeritdiyi təxminləri barəsində də danışan Marko: “Fransa və ya Braziliyanın çempion olacağını düşünmüşdüm. Xorvatiya, İngiltərə və Belçikanın sürpriz nəticələrə imza atacağını fikirləşirdim. Çox da yanılmamışam”.
Portuqaliyalı ulduz Kriştiano Ronaldonu heyətinə qatan “Yuventus”un yaxşı futbol oyandığını vurğulayan Materassi: “Bu mövsüm “Roma” və “İnter” ilə ciddi bir yarışa girə bilərlər”.
2000-2001 mövsümündə “Peruca” forması ilə 12 qol vuraraq 1 mövsümdə Seriya A-da ən çox qol vuran müdafiəçi olan Materassi: “Rekordlar qırılmaq üçündü. “Peruja”dan çox gözəl xatirələrlə ayrıldım. “İnter”ə qarşı ilk dəfə oynadım, “Yuventus”a qol vurdum. Tale elə gətirdi ki, “İnter”in heyətində ilk qarşılaşmamı “Peruja”ya qarşı keçirdim”.
Xatırladaq ki, Almaniyada keçirilən Dünya Çempionatı Fransanın ulduz futbolçusu Zinəddin Zidanın Marko Materassiyə kəllə vurması ilə yaddaşlarda qalmışdı. İtaliya ilə Fransa arasında keçirilən final qarşılaşmasının 30 dəqiqəlik əlavə vaxtının ikinci hissəsində Materassiyə kəllə vuran Zidan qırmızı vərəqə ilə cəzalandırılmış və komandası meydanda 10 nəfərlə qalmışdı.


.
.
.
0.41682386398315