“Bursaspor” “Çelsi”nin iki futbolçusunu istəyir

15:38 10-08-2018
“Bursaspor” “Çelsi”nin iki futbolçusunu istəyir

Transfer çalışmalarını sürətləndirən “Bursaspor” “Çelsi”nin iki futbolçusuna göz dikib.
Sportmedia.az xəbər verir ki, “timsah”lar Çarli Musonda və Kennet Omeruo üçün “zadəganlar”la danışıqlara başlayıb.
21 yaşlı Musondanın təcrübə qazanması üçün müntəzəm olaraq forma geyinə biləcəyi bir komandaya icarəyə göndərilməsini istəyən “Çelsi”nin “Bursaspor”un təklifinə müsbət yanaşdığı bildirilir. Həmçinin, qeyd edilir ki, karyerası ərzində Türkiyənin “Kasımpaşa” və “Alanyaspor” kimi klublarının şərəfini qorumuş Omeruo da “Bursaspor”a keçməyə yaxındı.
Bursa təmsilçisnin yaxın günlərdə hər iki futbolçunun trasnferini açıqlayacağı gözlənilir. Image result for kenneth omeruo 2018


.
.
.
0.39907503128052