Neqredo ilə 3 klub birdən maraqlanır

16:18 10-08-2018
Neqredo ilə 3 klub birdən maraqlanır

“Beşiktaş”da gözdən düşən və rəhbərliyin satmaq istədiyi Alvaro Neqredo ilə 3 klub maraqlanır.
Sportmedia.az xəbər verir ki, bu haqda “beIN Sports” məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı hücumçunu İspaniyadan “Rayo Velyenkano”, “Selta” (Viqo) və Avstraliyadan “Sidney” klubu heyətinə qatmaq istəyir.
İspan forvard isə ya Türkiyədə qalmaq, ya da ölkəsinə qayıtmaq istəyir.
Xatırladaq ki, keçən mövsüm 2.5 milyon avroya “Valensiya”dan transfer olunan Neqredo İstanbul təmsilçisinin heyətində illik 4.3 milyon avro qazanır. “Beşiktaş”la 2+1 illik müqavilə imzalayan hücumçu opsiyondan istifadə edilmədiyi təqdirdə mövsümün sonunda sərbəst qalacaq.


.
.
.
0.47268795967102