Ömər Toprak "Fənərbaxça"nın hədəfində

16:35 10-08-2018
Ömər Toprak "Fənərbaxça"nın hədəfində

Müdafiəçi axtarışında olan “Fənərbaxça” “Borussiya”nın (Dortmund) futbolçusu Ömər Topraka göz dikib.
Sportmedia.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
“Fənərbaxça” 26 yaşlı müdafiəçini icarə əsasında transfer etmək üçün “Borussiya”ya təklif göndərib. Alman təmsilçisi keçən mövsümün əvvəlində 12 milyon avroya transfer etdikləri oyunçunu satmaq istəsədə, Dortmund klubu hələ ki, “sarı-lacivərtlilər” dəqiq bir cavab verməyib.
Xatırladaq ki, Ömər Toprak keçən mövsüm “Borussiya”da 26 liqa matçında iştirak edib.


.
.
.