Əmrə Akbaba "Qalatasaray"da

17:22 10-08-2018
Əmrə Akbaba "Qalatasaray"da

“Qalatasaray” Əmrə Akbabanı transfer edib.
Sportmedia.az xəbər verir ki, bu haqda “Fanatik” məlumat yayıb.
İstanbul təmsilçisi “Alanyaspor”a futbolçu üçün 3 milyon avro ödəyəcək. Qeyd edək ki, UEFA ilə bağlanan müqaviləyə əsasən, “Qalatasaray” futbolçu satmamış yeni oyunçu ala bilməz. Buna görə də, “aslanlar” Lionel Karoleni komandadan göndərdikdən sonra Əmrə Akbabanın transferini rəsmi olaraq açıqlayacaq.
Həmçinin, “Qalatasaray”ın Karolenin transferi üçün “Antalyaspor” ilə danışıqları davam etdirdiyi bildirilir.


.
.
.
0.62419080734253