Bordin debüt etdi: Premyer Liqada 54-cü, “Neftçi”də 4-cü

22:55 11-08-2018
Bordin debüt etdi: Premyer Liqada 54-cü, “Neftçi”də 4-cü

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümünün “Sumqayıt”la “Neftçi” arasında açılış oyunu legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.

Sportmedia.az xəbər verir ki, “Neftçi”ni ilk turun qarşılaşmasına çıxaran Roberto Bordin Premyer Liqada işinə uğurla başlayıb. İtaliyalı mütəxəssisin yetirmələri səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib. Bordin Azərbaycan çempionatları tarixində komandasını meydana çıxaran 54-cü əcnəbi çalışdırıcı olub. Onadək 53 legioner baş məşqçi və ya baş məşqçi əvəzi bu funksiyanı yerinə yetirib.

“Neftçi”nin baş məşqçisi çempionatlar tarixinə ikinci italiyalı kimi düşüb. Onadək “Xəzər Lənkəran”a müvəqqəti rəhbərlik edən Covanni Melkiorre 1 matçda yetirmələrini meydana çıxarıb.

Bordin “Neftçi”nin tarixinə Premyer Liqadakı 4-cü legioner baş məşqçi kimi düşüb. İtaliyalıya qədər çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans Yurgen Gede “ağ-qaralar”a rəhbərlik edib.

Qeyd edək ki, “Sumqayıt”la oyun “Neftçi”nin Azərbaycan çempionatlarında yubiley – 750-ci matçı kimi əlamətdar olub.


.
.
.
0.37816309928894