Mladen Milinkoviç: "Bu, bizim üçün yaxşı hal deyil"

00:25 13-08-2018
Mladen Milinkoviç: "Bu, bizim üçün yaxşı hal deyil"

Bu gün Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Keşlə" öz meydanında debütant "Sabah"ı qəbul edib.
Sportmedia.az xəbər verir ki, oyundan sonra "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç mətbuat konfransı keçirib. Mütəxəssis media mənsubları ilə görüşdə bunları deyib:

- Təəssüf ki, ilk oyunda məğlub olduq. Oyundan öncə komandaya demişdim ki, bu oyun ilkdi və psixoloji planda bizim üçün vacibdi. Oyundan sonra fubolçuları məyus gördüm, bu, bizim üçün yaxşı hal deyil. Rəqib yaxşı komandadı. Bir qol vurub, 3 xal qazandılar. Bizim oyunumuzda da bəzi dəyişikliklər etmək lazımdı. İkinci hissədə təzyiqi gücləndirdik, 2 hücumçu ilə oynadıq, amma qol vura bilmədik.

- Klubun transferləri yekunlaşıbmı? Yoxsa, bu oyunda boşluqların olduğunu gördünüz?
- Axtarışdayıq, amma transfer etmək çətindi. Ayın sonuna qədər vaxtımız var, istədiyimiz futbolçunu axtarırıq. Bu barədə prezidentlə də danışırıq.

- Komandada olan 4 hücumçunun hamısı meydana çıxsa da, bir qol belə vurulmadı. Eyni zamanda, yoldaşlıq oyununlarında da qol vura bilmədiniz. Bunun səbəbini nədə görürsüz?
- Xüsusi bir səbəb görmürəm. Bu vəziyyət düzələcək. (komanda.az)


.
.
.
0.37050414085388