İlk böyükhesablı nəticə: “Səbail” səfərdə belə uduzmamışdı

13:31 13-08-2018
İlk böyükhesablı nəticə: “Səbail” səfərdə belə uduzmamışdı

Azərbayacan Premyer Liqasının 2018/19 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
Sportmedia.az xəbər verir ki, I turun ikinci oyun günündə “Qəbələ” öz meydanında “Səbail”i 3 cavabsız qolla məğlub edib. Bu nəticə “Qəbələ”nin Azərbaycan çempionatlarında 28-ci böyükhesablı qələbəsi olub. “Qırmızı-qaralar” sonuncu dəfə belə uğura 106 gün əvvəl – aprelin 28-də “Kəpəz”i 3:0 hesabı ilə üstələməklə imza atmışdı.
“Səbail” isə Premyer Liqada 2-ci, səfərdə ilk dəfə ağır məğlubiyyət alıb. Bakılılar yalnız 301 gün öncə - ötən il oktyabrın 15-də, evdə keçirdiyi matçda “Neftçi”yə 0:4 hesabı ilə uduzmuşdu.


.
.
.
0.5234169960022