"Barselona"dan Poqba açıqlaması

15:25 13-08-2018
"Barselona"dan Poqba açıqlaması

“Barselona”nın bir müddətdir transfer etmək istədiyi Pol Poqba ilə bağlı klub prezidentindən açıqlama gəlib.
Sportmedia.az xəbər verir ki, “Barselona”nın “Sevilya”nı 2:1 hesabı ilə məğlub etdiyi Super Kubok matçından sonra transfer çalışmaları haqqında danışan klub rəhbəri Xosep Mario Bartomeu “Poqba transfer ediləcək mi?” sualına belə cavab verib:
“İndiyənə kimi oyunçular haqqında heç nə danışmadım. Bütün klublara hörmət edirəm. Transfer pəncərəsinin bağlanmasına 20 gün qalıb və nələr olacağını görəcəyik. Abidal və Sequrdan soruşa bilərsiniz. Transfer etmək üçün zamanımız var”.
İngiltərə mətbuatına görə, Pol Poqba “Barselona”ya transfer olmaq istəyindən imtina edib və ən azı 1 mövsüm də “Mançester Yunayted”də çıxış etmək qərarına gəlib.


.
.
.
0.39426302909851