Peşəkar Futbol Liqası "Qəbələ" klubuna xəbərdarlıq edib

16:45 13-08-2018
Peşəkar Futbol Liqası "Qəbələ" klubuna xəbərdarlıq edib

Peşəkar Futbol Liqası "Qəbələ" klubuna xəbərdarlıq edib.
Sportmedia.az xəbər verir ki, bu barədə "Report"a əyalət təmsilçisinin meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, səbəb Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri matçda komandanın bəzi futbolçularının formalarında soyadlarının Azərbaycan dilində yazılmamasıdır. S.Səfiyarlı bunun texniki problem olduğunu və II turda məsələnin həllini tapacağını bildirib: "Bu problem yalnız yerli futbolçularla bağlıdır. Əcnəbi oyunçularda belə hal aşkarlanmayıb. Xəbərdarlığı qəbul edirik və növbəti turda məsələ həll olunacaq".
Peşəkar Futbol Liqasının Media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev isə klubun məsələsinə İntizam Komitəsinin (İK) baxacağını bildirib. A.Şahgəldiyev klubun cəzalana biləcəyini və ya İK-nın xəbərdarlıqla kifayətlənəcəyini qeyd edib.


.
.
.
0.58739399909973