"Mançester Siti"nin futbolçusu "Fənərbaxça"nın maraq dairəsində

17:03 13-08-2018
"Mançester Siti"nin futbolçusu "Fənərbaxça"nın maraq dairəsində

Türkiyənin “Fənərbaxça” klubu müdafiəçi transferinə köklənib.
Sportmedia.az xəbər verir ki, “sarı-lacivərtlilər” “Mançester Siti”nin futbolçusu Elyakim Manqala ilə maraqlanır.
İstanbul təmsilçisi 27 yaşlı fransalı ounçu icarəyə götürmə istəyir. Həmçinin, “Fənərbaxça” “Stok Siti”li Martins İndi, “Anderlext”li Kara Mbodj və “Milan”lı Mateo Musakkio üçün çalışmalarını davam etdirir.
Xatırladaq ki, Elyakim Manqalanın “Mançester Siti” ilə müqaviləsi gələn il bitir.


.
.
.
0.46866989135742