Fərid Nəbiyev qol vurdu, komandası məğlub oldu

17:22 13-08-2018
Fərid Nəbiyev qol vurdu, komandası məğlub oldu

Çexiya Gənclər Liqasında 4-cü turun görüşləri keçirilib.

Sportmedia.az xəbər verir ki, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası evdə “Pribram” klubu qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Fərid “Slaviya”nın yeganə qolunu vurub. 3-cü dəqiqədə hesabı açan Praqa təmsilçisi üstünlüyünü qorumağı bacarmayıb.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı futbolçu cari mövsümdə 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


.
.
.
0.35931181907654