"Qarabağ" BATE-yə qarşı

13:23 14-08-2018
"Qarabağ" BATE-yə qarşı

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Sportmedia.az xəbər verir ki, yeganə təmsilçimiz “Qarabağ” səfərdə Belarusun BATE klubu ilə qarşılaşacaq.
Oyunu Latviyadan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, bu iki komanda arasında Bakıda baş tutan ilk görüş Belarus təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatmışdı.
BATE - “Qarabağ”
Borisov Arena. Saat 21:00
Baş hakim: Andris Treymanis
Baş hakimin köməkçiləri: Haralds Qudermanis, Alekseys Spasyonņikovs
Dördüncü hakim: Aleksandrs Qolubevs


.
.
.
0.40792989730835