Qurban Qurbanov: "Futbolçularımdan razı qaldım"

23:46 14-08-2018
Qurban Qurbanov: "Futbolçularımdan razı qaldım"

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” BATE ilə qarşılaşıb.
Sportmedia.az xəbər verir ki, Çempionlar Liqasında mübarizəni dayandıran “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında bunları deyib:
"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər. Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik".


.
.
.
0.40832281112671