"Neftçi" 3 itki ilə başladı

23:54 14-08-2018
"Neftçi" 3 itki ilə başladı

"Neftçi” PFK Azərbaycan Premyer Liqasının 2-ci turunda qarşılaşacağı "Qəbələ” klubu ilə oyunun hazırlığına start verib.
Sportmedia.az xəbər verir ki, "Sumqayıt”la matçdan (2:0) sonra iki günlük fasiləyə buraxılan paytaxt təmsilçisi bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçirəcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.


.
.
.
0.39239692687988