"Bavariya"nın baş məşqçisindən oyunçulara qadağa

14:46 16-08-2018
"Bavariya"nın baş məşqçisindən oyunçulara qadağa

“Bavariya”nın yeni baş məşqçisi Niko Kovaç oyunçularının bəzi yerlərdə mobil telefondan istifadə etməsinə qadağa qoyub.
Sportmedia.az xəbər verir ki, bu haqda “Bild” məlumat yayıb.
Kovaç klubun təsislərində paltar dəyişmə otağında cib telefonundan istifadəyə icazə versə də, iclas zalında, yeməkxanada, müalicə yerlərində buna qadağa qoyub. Qadağanın qoyulmasında məqsəd baş məşqçinin yeməkxanalarda, iclas zallarında oyunçularının mobil telefonla məşğul olmaq əvəzinə bir-biriləri ilə söhbət etmələrini, qaynaşmalarını istəməsidir.
Bildirilir ki, bəzi oyunçular bu qərardan narazı olsalar da, Niko Kovaçın bu qadağanı götürməyə niyyəti yoxdur.


.
.
.
0.38631510734558