Ramil Şeydayev Rusiyaya qayıtmağa yaxındı

16:10 16-08-2018
Ramil Şeydayev Rusiyaya qayıtmağa yaxındı

Futbol üzrə millimizin üzvü Ramil Şeydayevin "Krılya Sovetov"a keçidi gerçəkləşmək üzrədir.
Sportmedia.az xəbər verir ki, bu haqda klubun rəsmi “tvitter” səhifəsi məlumat yayıb.
Rusiya Premyer Liqa təmsilçisi 22 yaşlı hücumçu ilə müqavilə imzalamağı planlaşdırdığını açıqlayıb.
Hazırda klubun düşərgəsində olan Ramil əsas komanda ilə birlikdə gənclər komandasına qarşı yoxlama görüşündə də iştirak edib. O, 3:1 hesabı ilə qalib gəldikləri matçda qollardan birinin müəllifi olub.
Qeyd edək ki, R.Şeydayev bu ay "Trabzonspor"dan ayrılıb. O, ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.
Xatırladaq ki, "Krılya Sovetov" Rusiya Premyer Liqasında 4 xalla 9-cu pillədə qərarlaşıb.


.
.
.
0.61146998405457