Avropa Liqası: "Qarabağ"ın rəqibi məlum olub

12:34 17-08-2018
Avropa Liqası: "Qarabağ"ın rəqibi məlum olub

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinə vəsiqə uğrunda Moldova çempionu “Şerif”lə mübarizə aparacaq.

Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın “Valyur” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərə qolu sayəsində mərhələ adlayıb.

"Qarabağ"ımızın Moldovanın "Şerif" klubuyla ilk qarşılaşması avqustun 23-ü səfərdə, cavab matçı isə 30 avqust tarixində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


.
.
.
0.66902208328247