"Qarabağ"ın "Şerif"lə olan matçlarının vaxtı müəyyənləşib

14:47 17-08-2018
"Qarabağ"ın "Şerif"lə olan matçlarının vaxtı müəyyənləşib

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” turnirin pley-off mərhələsində Moldova “Şerif” klubu ilə qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, artıq oyunların başlama saatları məlumdur.
Belə ki, hər iki matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
İlk görüş avqustun 23-də Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda olacaq. Cavab qarşılaşması isə ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


.
.
.
0.60031199455261