O futbolçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq

17:15 17-08-2018
O futbolçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq

“Mançester Siti”nin futbolçusu Kevin de Bruynedən pis xəbər gəlib.
Sportmedia.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin 2016-cı ildə dizindən aldığı zədə yeidən baş qaldırıb. Bu səbəbdən oyunçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, 2016-cı ildə eyni nahiyədən zədələnən Kevin de Bruyne 2 ay yaşıl meydanlardan kənarda qalmışdı.
Xatırladaq ki, 27 yaşlı futbolçu keçən mövsüm dekabr ayına qədər iştirak etdiyi 19 oyunda 5 qol vurmuş və 10 məhsuldar ötürmə etmişdi.


.
.
.
0.38203811645508