"Şerif" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

16:38 18-08-2018
"Şerif" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Şerif”ə (Moldova) qarşı keçirəcəyi ilk oyunun təyinatları müəyyənləşib.
Sportmedia.az xəbər verir ki, avqustun 23-də Tiraspolda keçiriləcək qarşılaşma avstriyalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Harald Lexner olacaq. Köməkçi hakimlər Andreas Heydenrex, Maksimilian Kolbiç və Yulian Veynberqer təyin olublar.
Oyunun hakim-inspektoru ukraynadan olan Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teyvo Holopaynendir.
Qeyd edək ki, “Şerif” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


.
.
.
0.52648401260376