Matteus: "Kriştiano Ronaldo “Yuventus”u Avropanın ən yaxşı komandası edə bilməz"

18:22 18-08-2018
Matteus: "Kriştiano Ronaldo “Yuventus”u Avropanın ən yaxşı komandası edə bilməz"

Almaniyanın əfsanəvi futbolçusu Matteus Kriştiano Ronaldonun “Yuventus”u ən yaxşı edə bilməyəcəyini iddia edib.
Sportmedia.az xəbər verir ki, portuqaliyalı ulduzun A Seriya klubuna transfer olmasını dəyərləndirən Matteus:
“Ronaldo futbolçu üçün lazım olan ideal yaşda deyil. “Yuventus” mütləq Ronaldo ilə daha güclü olacaq və Ronaldo da komandaya fayda verəcək, lakin Kriştiano “Yuventus”u Avropanın ən yaxşı komandası edə bilməz”.
Ronaldonun “Real”dan (Madrid) ayrılmasını La Liqa üçün böyük bir itki hesab etdiyini vurğulayan Matteus: “Real” klub tarixinin ən yaxşı oyunçularından birini itirdi. Bu yaranı necə sağaldacaqları hər kəs kimi mənim üçün də maraqlıdır. Yeni ulduzları səhnəyə çıxarmalıdırlar və Beyl də bu ulduzlardan biri ola bilər”.
Ronaldonun transferindən sonra “Yuventus”un A Seriyada çox güclü mövqe tutduğunu deyən alman futbol adamı: “Yuvestus” onsuz da güclü komanda idi və heyətlərini qoruyaraq yeni oyunçular transfer etdilər. “Napoli” heyətini qorudu, “İnter” daha da gücləndi. “Yuventsu” A Seriyada favoritdir, lakin Çempionlar Liqası da var. Ronaldo üçün Çempionlar Liqası daha önəmli ola bilər. Kriştiano bu mövsüm də keçən mövsümdə olduğu kimi Çempionlar Liqasına köklənəcək, özünü ən yaxşı tərəfdən göstərə bilər, bunu keçən il “Real”la edib”.


.
.
.
0.38290905952454