Aftandil Hacıyev: "Bunu hər komanda edə bilmir"
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 2-ci turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Sportmedia.az xəbər verir ki, 37 yaşlı mütəxəssis matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komandanın oyununda hansı çatışmazlıqlar var?
- Çatışmayan çəhət odu ki, istədiyimiz oyunu sərgiləyə bilmədik. Futbolçular az müddətdi birlikdə oynayır. "Qarabağ"a qarşı 3-4 qol epizodu yaratdıq. Bunu hər komanda edə bilmir. Sadəcə, fürsətlərdən yararlana bilmədik. Çempionatın əvvəlidi, gələcək oyunlarda daha yaxşı futbol sərgiləyə bilərik.
- Kevin Koubembanın oyunu bu gün alınmadı. Onun oyununda nələrə ümid edirsiz?
- Legionerlər tam fiziki formalarını bərpa etməyib. Onların uyğunlaşmaları üçün zaman lazımdı. (komanda.az)