"Atletiko"nun futbolçusu PSJ-yə keçmək istəyir

16:20 19-08-2018
"Atletiko"nun futbolçusu PSJ-yə keçmək istəyir

“Atletiko”nun (Madrid) futbolçusu Felipe Luis komandadan ayrılmaq istəyir.
Sportmedia.az xəbər verir ki, bu haqda “Marka” və AS məlumat yayıb.
Bildirilir ki, Lukas Hernandezin transferindən sonra start heyətə düşə bilməyən və “Real” (Madrid) ilə oynanılan Super Kubok matçında da ehtiyat oyunçular skamyasında oturan 33 yaşlı müdafiəçi hərəkətə keçib. Braziliyalı oyunçu PSJ-yə transfer olmaq üçün “Atletiko” rəhbərliyindən icazə istəyib.
Xatırladaq ki, “Atletiko” ilə 2019-cu ilədək müqaviləsi olan Felipe Luis keçən mövsüm 28 oyuna 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


.
.
.
0.41550993919373