Eden Azar: "Burda qalacam"

17:59 19-08-2018
Eden Azar: "Burda qalacam"

"Çelsi"nin ulduz futbolçusu Eden Azar "Real"a (Madrid) transfer olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportmedia.az xəbər verir ki, "zadəganlar"ın 3-2 hesabı ilə "Arsenal"ı məğlub etdiyi matçdan sonra danışan belçikalı ulduz:
"Dünya Çempionatından sonra transferlə bağlı dediklərimi unutmamışam, lakin bir həqiqət var, o da "Çelsi"də qalacağımdır. Klub ilə müqaviləm davam edir və Londonda xoşbəxtəm, bu mövsüm burda qalacam, gələn mövsümə baxarıq".
"Çelsi"nin onunla maraqlandığına görə şərəf duyduğunu deyən Azar: "İngiltərədə transfer pəncərəsi bağlanıb və "Çelsi"nin məni göndərib başqa oyunçu axtarmağı təsəvvür edilə bilməz. "Çelsi" oyunçu sata bilər, lakin yeni futbolçu ilə müqavilə bağlaya bilməz. Bunlar həqiqətdir. "Çelsi" azarkeşləri ilə aramda xüsusi bir bağ var və bu bağı mənə "Arsenal" matçında da hiss etdirdikləri üçün çox xoşbəxtəm".


.
.
.
0.46014189720154