Dario Frederiko: "Neftçi"nin formasında ilk qolu vurduğuma görə çox şadam"

21:03 19-08-2018
Dario Frederiko: "Neftçi"nin formasında ilk qolu vurduğuma görə çox şadam"

"Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko klubun rəsmi saytına açıqlama verib.
Sportmedia.az xəbər verir ki, o, "Qəbələ” ilə oyunda komandanın heyətində qol hesabını açdığı üçün sevincini bölüşüb:


"Çox gözəl qələbə qazandıq. Çətin oyun oldu. Bununla belə, "Neftçi”nin formasında ilk qolu vurduğuma görə çox şadam. Qarşıdakı matçlarda da qol vurmaqla, ötürmə verməklə, yaxşı oyun göstərməklə komandaya faydalı olmağa çalışacağam. Əsas odur ki, komanda qalib gəlsin. Bunun üçün əlimdən gələni edəcəyəm”.


.
.
.
0.38664102554321