Roberto Bordin: "Oyunumuzu daha da təkmilləşdirməliyik"

22:23 19-08-2018
Roberto Bordin: "Oyunumuzu daha da təkmilləşdirməliyik"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Azərbayacan Premyer Liqasında 2-ci turun "Qəbələ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
Sportmedia.az xəbər verir ki, italiyalı mütəxəssis görüşün böyük hissəsindən zövq aldığını deyib:

"Çox gözəl matç alındı. Futbolçularımız kifayət qədər yaxşı oyun nümayiş etdirdilər. Hətta üçüncü qolu da vura bilərdik. Görüşün sonuna yaxın rəqib böyük təzyiq göstərməyə başladı, daha böyük qüvvəylə irəli atıldı. Bununla belə, müdafiə xəttimizi gücləndirib, qalib gəldik. Bugünki matçın böyük hissəsindən zövq aldım, amma oyunumuzu daha da təkmilləşdirməliyik ki, bundan da yaxşı çıxış edək”.


.
.
.
0.52040910720825