Elşad Əhmədov: "Bu məğlubiyyətdən dərs çıxarmalıyıq"

00:13 20-08-2018
Elşad Əhmədov: "Bu məğlubiyyətdən dərs çıxarmalıyıq"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportmedia.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:

“Oyuna zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. "Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi. Bu məğlubiyyətdən dərs çıxarmalı, səhvlər üzərində çalışmalıyıq. Gələcək oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq. Xüsusilə müdafiədəki səhvlər üzərində düşünməliyik”. (komanda.az)


.
.
.
0.53755807876587