Nazim Süleymanov: "Bundan da yaxşı çıxış edə bilərik"

00:17 20-08-2018
Nazim Süleymanov: "Bundan da yaxşı çıxış edə bilərik"

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportmedia.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:

“Qələbə olan yerdə əhval ruhiyyə də yaxşı olur. Bu əhvalı da futbolçular yaratdı. Onlar istədiklərimizi lazımınca yerinə yetirdilər. Amma bundan da yaxşı çıxış edə bilərlər. Hələ ikinci turdu. Eyforiyaya düşmək lazım deyil. Futbolçular bilməlidilər ki, bu, bizim işimizdi. Sadəcə, qələbə hisslərini yaşamaq, sonra isə gələcək oyunları düşünmək lazımdı”. (komanda.az)


.
.
.
0.43072891235352