Ceymi Karraqer: “Mourinyo yaxşı məşqçi deyil”

15:00 21-08-2018
Ceymi Karraqer: “Mourinyo yaxşı məşqçi deyil”

“Liverpool”un keçmiş müdafiəçisi Ceymi Karraqer Joze Mourinyonu tənqid edib.
Sportmedia. az xəbər verir ki, sabiq futbolçu baş məşqçinin “Mançester Yunayted”dən getməli olduğunu deyib.:
“Mourinyo postundan getməlidir. Məncə, onu gələn mövsüm klubda görməyəcəyik. Bəlkə də, bu mövsümün sonunadək klubu tərk etməli olacaq. Portuqaliyalı güclü futbolçuların hesabına şöhrət tapıb. İbrahimoviç, Sançes, Matiçdən yararlanıb. İndiki komandası heç nə ilə yadda qalmayacaq. Mourinyo yaxşı məşqçi deyil . Məşqçi komanda yaratmaqda acizdirsə onu qovmaq lazımdır. Manchester United-in Brighton-a uduzması biabırçılıqdır. Belə məğlubiyyətlərin davamlı olmasını istəməyənlər Mourinyonu klubdan uzaqlaşdırmalıdır”.


.
.
.
0.94961595535278