"Qalatasaraylı" futbolçu üçün 25 milyon avro

14:06 22-08-2018
"Qalatasaraylı" futbolçu üçün 25 milyon avro

“Qalatasaray” bu yay icarəyə götürdüyü Henri Onyekurunu satın almaq üçün “Everton”la danışıqlara başlayıb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Sabah” məlumat yayıb.
Liverpul təmsilçisi oyunçunun sərbəstqalma məbləğinin 25 milyon avro olduğunu bildirib. Həmçinin, “Everton” Onyekurunun onlar üçün çox önəmli futbolçu olduğunu, məbləğdə hər hansı endirimin edilməyəcəyini və 21 yaşlı hücumçu üçün icarədən başqa alternativlərinin olmadığını vurğulayıb.
Xatırladaq ki, bu yay icarəyə götürdüyü nigeriyalı forvard ilə “Cim Bom” satınalma maddəsi olmadan 1 illik müqavilə imzalayıb.


.
.
.
0.42307209968567