"Qalatasaray" "Napoli"yə təklif göndərib

13:59 23-08-2018
"Qalatasaray" "Napoli"yə təklif göndərib

Türkiyənin “Qalatasaray” klubu “Napoli”də çıxış edən Vlad Kirikeş üçün hərəkətə keçib.
Sportmedia.az xəbər verir ki, bu haqda Rumıniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, “Cim Bom” rumın oyunçu üçün A Seriya təmsilçisinə 5 milyon avroluq təklif göndərib. Neapol klubunun prezidenti Aurelio De Laurentisin təklifi qəbul etdiyi, lakin baş məşqçi Karlo Ançelottinin bu transferə qarşı çıxdığı iddia edilir. Həmçinin, 28 yaşlı futbolçu ilə “Nyukasl Yunayted”, “Kardiff Siti” və “Sampdoriya”nın da maraqlandığı, lakin oyunçunun “Napoli”də qalmasının gözlənildiyi vurğulanıb.
Xatırladaq ki, İtaliya klubu ilə 2022-ci ilədək müqaviləsi olan 28 yaşlı müdafiəçi keçən mövsüm 9 oyuna 763 dəqiqə meydanda qalıb.


.
.
.
0.50403189659119