Ronaldodan növbəti əməkdaşlıq müqaviləsi

14:51 23-08-2018
Ronaldodan növbəti əməkdaşlıq müqaviləsi

"Perform Group” korporasiyasına məxsus DAZN servisi “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə anlaşıb.
Sportmedia.az xəbər verir ki, müqavilə 2020-ci ilin sonuna qədər nəzərdə tutulub.
Əməkdaşlığın maliyyə tərəfi barədə heç bir məlumat verilmir. DAZN azarkeşlərə futbolu müxtəlif texnoloji vasitələrlə izləməyə şərait yaradan servisdi. Ronaldo məsələ ilə bağlı açıqlama verib:

“DAZN-in yeni texnologiyaları sayəsində dünya dəyişir. İdman azarkeşləri üçün baryerlər dağıdılır. İndi biz idmanı nə vaxt harda istəsək izləyə bilərik. Bu layihəyə qoşulmaq mənim üçün şərəfdir”.

Kompaniya Ronaldonun imicindən Kanada, Yaponiya və Almaniyada DAZN şəbəkəsini inkişaf etdirmək üçün yararlanacaq.


.
.
.
0.61466097831726