Elşad Əhmədov: "Çatışmayan cəhətlərimiz var"

01:17 26-08-2018
Elşad Əhmədov: "Çatışmayan cəhətlərimiz var"

Bu gün Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Zirə" "Dalğa Arena"da "Sabah"ı qəbul etdi.

Sportmedia.az xəbər verir ki, qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra "Sabah"ın baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib. Mütəxəssis media mənsubları ilə görüşdə bunları deyib:

- 3-cü turdu. 2-ci turda zəif oynayıb acı məğlubiyyət almışdıq. Araşdırdıq, səhvlərimizi düzəltməyə çalışdıq. 1-ci hissəyə uşaqlar çox həvəsli çıxmışdılar. İlk yarıda rahat oynadıq. Amma 2-ci hissə üçün eyni sözləri deyə bilmərəm. Baxmayaraq ki, bu da başa düşüləndi. Xətlərarası əlaqələr zəifdi. "Zirə"yə uğurlar arzulayıram.

- 1-ci hissədəki oyunu 2-ci hissədə görmədik.
- Bəli, razıyam. Çatışmayan cəhətlərimiz var. Üzərində çalışacağıq.

- Cavid İmamverdiyevin vəziyyəti necədi?
- Maraqlanmamışam. Hələ ki, məlum deyil.

- Cavid ideal formadan uzaqdı. Onun haqqında fikirləriniz nədi?
- Cavid komandaya gec qoşuldu, bu oyunada da 60-65 dəqiqə oynamağa hazır idi. Zamanla onun forma toplayacağını düşünürəm.

- Marko Deviç yaxşı vəziyyətdədi. Bəs zədələnsə, yaxud cəzalı duruma düşsə, onu əvəz edəcək futbolçunuz varmı?
- Bəli, hazırda yaxşı vəziyyətdədi. Kritik vəziyyətlərdə onun yerini doldurmağa çalışacağıq.

- Çempionatdakı fasilə komandanıza necə təsir edəcək?
- Futbolçuların əksəriyyəti komandaya gec qoşulub, bu fasilə uyğunlaşmaq baxımından bizə müsbət təsir göstərəcək. Yoldaşlıq oyunları keçirməyə çalışacağıq. (komanda.az)


.
.
.
0.37272596359253