Millimiz Avropa Super Finalında

13:57 28-08-2018
Millimiz Avropa Super Finalında

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası 8 komandanın iştirakı ilə keçiriləcək Avropa Super finalına vəsiqə qazanıb.
Sportmedia.az xəbər verir ki, bu mərhələnin oyunları sentyabrın 6-dan 9-dək İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində keçiriləcək.
Qrupların tərkibi aşağıdakı kimidir:
A qrupu: İspaniya, Portuqaliya, İsveçrə, Azərbaycan
B qrupu: Rusiya, Belarus, Ukrayna, İtaliya


.
.
.
0.40004682540894