Qurban Qurbanov: "Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük"

20:42 29-08-2018
Qurban Qurbanov: "Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük"

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Şerif"i qəbul edəcək.
Sportmedia.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransənda öz fikirlərini bildirib:
"Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq.
Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük".


.
.
.
0.57435393333435