Sabiq oyunçu futbola qayıdıb

17:05 01-09-2018
Sabiq oyunçu futbola qayıdıb

2014-cü idə futbolçuluq karyerasını sonlandıran Əhməd Dursun yenidən yaşıl meydanlarda oynayacaq.
Sportmedia.az xəbər verir ki, Türkiyə 2-ci Liqasında mübarizə aparan “Tokatspor” 40 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb. İmza mərasimində klub prezidenti Ufuk Akçay da iştirak edib.
Qeyd edək ki, Əhməd Dursun həmçinin, klubun idman direktorudur.


.
.
.
0.67783904075623