Mustafa Pektemek 9 klubun təklifini qəbul etməyib

18:43 02-09-2018
Mustafa Pektemek 9 klubun təklifini qəbul etməyib

“Beşiktaş”ın hücumçusu Mustafa Pektemek ilə bağlı yeni iddia ortaya atılıb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Akşam” məlumat yayıb.
Bildirilir ki, “Beşiktaş”da qalmaq üçün illik məvacibində endirim etməyə razı olan oyunçu 9 klubdan gələn transfer təklifini qəbul etməyib. Forvard transferi üçün xərclənəcək pulu da yarımmüdafiəyə xərcləyən “qara qartallar” yerli oyunçu probleminə görə Mustafanı komandada saxlayıb.
Xatırladaq ki, “Gənclərbirliyi”ndən 4 milyon avro qarşılığında “Beşiktaş”a transfer olan 30 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda bitəcək.


.
.
.
0.70462417602539