Tibo Kurtua:  “Real” “Çelsi”dən daha böyükdür”

14:35 04-09-2018
Tibo Kurtua:  “Real” “Çelsi”dən daha böyükdür”

“Leqanes”lə matçda “Real”ın (Madrid) heyətində debüt edən Tibo Kurtua qarşılaşmadan sonra Belçika mətbuatına danışıb.
Sportmedia.az xəbər verir ki, qolkiper “Çelsi” ilə “Real”ı müqayisə edib:
“Real”da iştirak etdiyim məşqlərdə gördüm ki, səviyyə çox yüksəkdi. Sadəcə məşqlərdə gördüyüm qədəriylə deyə bilərəm ki, Serxio Ramos Dünyanın ən yaxşı müdafiəçisidir. “Real” “Çelsi”dən daha böyükdür”.
Belçikalı ulduz oyunçu sözlərinə belə davam edib: “Santiaqo Bernabeu” “Stemford Birc”dən iki qat daha böyükdür. Qapı arxasındakı tribunaya baxanda bütün o ağ “divar” göy üzünə qədər uzanır. “Stemford Bric”də isə tribunanın üzərində mehmanxana görünür”.


.
.
.
0.53760504722595