Droqba yenidən "Çelsi"də

14:54 05-09-2018
Droqba yenidən "Çelsi"də

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba London klubuna qayıdıb.

Sportmedia.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.
Belə ki, afrikalı forvard "zadəganlar"ın titul sponsoru "Yokohama”nın səfiri təyin edilib. Layihə çərçivəsində Droqba Fransa, Hindistan, Malayziya, Portuqaliya, İspaniya və Vyetnama yollanaraq orada “Çelsi”nin, eləcə də şirkətin müştəriləri ilə görüşəcək.

Qeyd edək ki, 40 yaşlı veteran futbolçu 2004-2012 və 2014-2015-ci illərdə "Çelsi"də çıxış edib.


.
.
.
0.45446705818176