"Beşiktaş"ın prezidentinin yeni hədəfi

14:43 06-09-2018
"Beşiktaş"ın prezidentinin yeni hədəfi

“Beşiktaş”ın prezidenti Fikrət Orman komandanı gəncləşdirmək istəyir.
Sportmedia.az xəbər verir ki, bu haqda “A Spor” məlumat yayıb.
Bildirilir ki, komandada daha çox gənc oyunçunun yer almasını hədəfləyən klub rəhbəri mövsümün sonunda yaşı 30-dan yuxarı olan 6 futbolçu ilə yolları ayırmağı planlayır. Həmin futbolçuların Adriano, Alvaro Neqredo, Atiba Hutçinson, Rayan Babel, Mustafa Pektemek və Tolqa Zəngin olduğu qeyd edilir. Fikrət Orman yanvarda müqaviləsi bitəcək gənc oyunçularla yeni sözləşmə imzalamaq və maliyyə imkanları daxilində komandaya gənc ulduz futbolçu transfer etmək niyyətindədir.


.
.
.
0.41161513328552